Gələcəyi bizimlə qurun!

Kiçikdən başla. Böyük düşün. Bayt-Bayt kodla!

ByteLab olaraq məqsədimiz gəncləri praktiki dərslər, real layihələr və tətbiq yönümlü yanaşma vasitəsilə proqramlaşdırma dünyasına hazırlamaqdır. Proqramlaşdırmanı öyrənməyin ən effektiv yolu onu real problemlər üzərində tətbiq etməkdir. Kurslarımız alqoritmlər və data strukturlar, verilənlər bazası, eləcə də C# və Java kimi müasir backend texnologiyalarında möhkəm təməl qurmaq üçün xüsusi olaraq hazırlanmışdır.Tələbələr gələcəkdə proqram mühəndisi olmağı hədəfləyə və ya sadəcə texnologiyanın necə işlədiyini dərindən anlamaq istəyə bilərlər. ByteLab onların bu yolculuqda ilk inamlı addımlarını atmasına kömək edir.

Tədrİs Modulları

Niyə ByteLab?

Rahat öyrənmə mühiti

Dərslərimiz tam onlayn keçirilir, evdən çıxmadan dərslərimizə qoşula bilərsiniz. Yaxın zamanda fiziki tədris məkanımız da xidmətinizdə olacaq.

Təcrübəyə əsaslanan öyrənmə üsulu

Praktika ilə öyrən! Hər mövzuya real kodlaşdırma tapşırıqları və bacarıqlarını addım-addım inkişaf etdirən mini layihələr daxildir.

İki dildə tədris

Dərslərimizə Azərbaycan və ya Ingilis dillərində qoşula bilərsiniz, bu da öyrənmə prosesini sizə uygun daha rahat və anlaşılan edir.

Video Dərslər

Şagirdlər dərsdən sonra dərsin videosunu izləyərək yenidən təkrar edə və heç bir mövzunu qaçırmadan öyrənə bilərlər.

Niyə Kodlaşdırma Öyrənilməli?

Kodlaşdırma sadəcə ekranda sətirlər yazmaq deyil — bu həm də gələcəyin başlanğıcıdır. İstifadə etdiyin hər bir tətbiq, oyun və vebsayt kodlaşdırma bacarığı olan biri tərəfindən yaradılıb. Kodlaşdırma sənə fərqli düşünməyi öyrədir və ideyaları reallığa çevirməyə imkan verir.

Suallarınız, təklifləriniz və ya dərslər haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Sizin mesajınız bizim üçün önəmlidir və tezliklə cavab alacaqsınız.